Türkmənistanda parlament seçkiləri: Səsvermə başa çatdı

Türkmənistanda parlament seçkiləri: Səsvermə başa çatdı

Hazırda oxunan: Türkmənistanda parlament seçkiləri: Səsvermə başa çatdı

127311

Bazar günü saat 19:00-da Türkmənistanda VII çağırış Milli Məclisin (parlament) deputatlarının, habelə vilayət, rayon, şəhər xalq şuraları və yerli özünüidarəetmə orqanlarının üzvlərinin seçkiləri üzrə səsvermə başa çatıb.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, ümumilikdə, respublikada 2602 seçki məntəqəsi yerli vaxtla səhər saat 07:00-dan 19:00-a qədər açıq olub. Rəsmi məlumatlara görə, əhalisi 6,2 milyon nəfər olan Türkmənistanda 3 milyon 496 min 475 seçici qeydə alınıb.

Parlament seçkilərində ölkənin hər üç siyasi partiyası iştirak edib:

Demokrat Partiyası, Türkmənistan Sənayeçilər və Sahibkarlar Partiyası, Türkmənistan Aqrar Partiyası, həmçinin vətəndaşların təşəbbüs qrupları. Ümumilikdə ölkə vətəndaşları Məclisə 125 deputat seçiblər. Qeydə alınmış namizədlərin sayı 258 nəfər olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO