Ölkənin bir çox şəhərində yüz minlərlə İsrail sakini Benyamin Netanyahunun hökuməti tərəfindən məhkəmə islahatlarının aparılmasına qarşı etiraz etmək üçün keçirilən ümummilli nümayişdə iştirak edib.
Bizim.Media xəbər verir ki, bu barədə "Times of Israel" qəzeti xəbər verib.
Təl-Əvivdə 200 minə yaxın insan, eləcə də Qüds, Hayfa və Beer Şeva kimi şəhərlərdə on minlərlə insan aksiyaya çıxıb.
Etiraz təşkilatçıları mitinqlərə ümumilikdə 630 mindən çox insanın qatıldığını bildirsələr də, qəzet qeyd edib ki, bu rəqəmləri müstəqil şəkildə təsdiqləmək mümkün deyil.
Aksiyalar zamanı xuliqanlıq etdiyinə görə onlarla insan saxlanılıb.
Bizim.Media