Son sutkada Ukraynanın 8 rayonu atəşə tutuldu - 5 mülki şəxs öldü

Son sutkada Ukraynanın 8 rayonu atəşə tutuldu - 5 mülki şəxs öldü

Hazırda oxunan: Son sutkada Ukraynanın 8 rayonu atəşə tutuldu - 5 mülki şəxs öldü

127281

Rusiya Silahlı Qüvvələrinin hücumları nəticəsində son sutkada Ukraynada 5 mülki şəxs həlak olub, 25 nəfər yaralanıb.

Bizim.Media “RBK Ukraina” ya istinadən xəbər verir ki, bu barədə Hərbi Media Mərkəzi Məlumat yayıb.

Ukrayna Müdafiə Nazirliyindən bildirilib ki, son sutkada Rusiya qoşunları Ukraynanın 8 rayonunun ərazisini atəşə tutub.

Rusiya minaatan, tank, artilleriya, MLRS, S-300 zenit-raket kompleksləri, Lancet pilotsuz uçan aparatı və taktiki aviasiyadan istifadə edib.

Son 24 saatda ruslar Ukraynanın 132 yaşayış məntəqəsini atəşə tutub. Nəticədə 63 infrastruktur obyektinə zərər dəyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO