Avropa Şurası Fransa polisinin etirazçılara qarşı güc tətbiq etməsini QINAYIB

Avropa Şurası Fransa polisinin etirazçılara qarşı güc tətbiq etməsini QINAYIB

Hazırda oxunan: Avropa Şurası Fransa polisinin etirazçılara qarşı güc tətbiq etməsini QINAYIB

127130

Avropa Şurası (AŞ) Fransa polisinin etirazçılara qarşı həddindən artıq güc tətbiq etməsini qınayıb.

Bizim.Media xəbər verir ki, bunu Avropa İnsan Hüquqları üzrə komissarı Dunya Miyatoviç “Twitter“də yazıb.

Komissar qeyd edib ki, Fransadakı aksiyalar  zamanı həm etirazçılara, həmçinin qanun keşikçilərinə qarşı zorakılıq halları baş verib:

“Avropa qitəsinin aparıcı insan haqları müdafiəsi təşkilatı Fransada pensiya islahatlarına qarşı nümayişlərdə hüquq-mühafizə orqanlarının zorakılıq hərəkətlərini pisləyib və buna müxtəlif hüquq müdafiəsi qrupları, solçu siyasətçilər də qoşulub. Etirazlar zamanı bəzi nümayişçilərin ara-sıra zorakılıq hərəkətləri, digər şəxslər tərəfindən törədilən qınanılması gərəkli olan hərəkətlər, hüquq-mühafizə orqanı əməkdaşlarının həddindən artıq güc tətbiqinə haqq qazandırıla bilməz.

Polisə qarşı yol verilən zorakılıq əməlləri dinc etirazçıları sərbəst toplaşmaq hüququndan məhrum etmək üçün yetərli deyil”, - deyə Miyatoviç bildirib.

Xatırladaq ki, Fransa hökuməti ötən həftə, parlamentdə səsvermə keçirilmədən, qanun layihəsini qəbul etmək üçün müraciət etdikdən sonra insanlar küçələrə axışıb. Ölkə paytaxtında və digər şəhərlərdə baş tutan etiraz aksiyalarını dağıdan zaman Fransa polisi yüzlərlə insanı saxlayıb, lakin hüquq müdafiəçiləri saxlanılan şəxslərin böyük əksəriyyətini azad edərək bildirib ki, onlara qarşı heç bir ittiham irəli sürülməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO