Co Bayden İrana XƏBƏRDARLIQ ETDİ: “Güc tətbiq edəcəyimizə hazır olun”

Co Bayden İrana XƏBƏRDARLIQ ETDİ: “Güc tətbiq edəcəyimizə hazır olun”

Hazırda oxunan: Co Bayden İrana XƏBƏRDARLIQ ETDİ: “Güc tətbiq edəcəyimizə hazır olun”

127122

ABŞ prezidenti Co Bayden Kanadaya səfəri çərçivəsində keçirdiyi mətbuat konfransında bir sıra məqamlara aydınlıq gətirib. O, ABŞ-ın Suriyadakı bazasına edilən hava hücumundan sonra Pentaqonun İranın dəstəklədiyi qüvvələrə havadan zərbələr endirdiyini bildirib. 

Bizim.Media Reuters-ə istinadən bildirir ki, Bayden Kanadaya rəsmi səfəri zamanı jurnalistlərə bunları deyib: 

“Səhv etməyin: Birləşmiş Ştatlar... İranla münaqişəyə can atmır, lakin bizim xalqımızı qorumaq üçün güc tətbiq edəcəyimizə hazır olun”.

Bayden həmçinin Rusiya, Çİn münasibətlərindən danışıb. Bildirib ki, Çin Ukraynadakı müharibə üçün Rusiyaya əhəmiyyətli silahlar təqdim etməyib:

"Çini və Rusiyanı kiçik hesab etmirəm. Bununla belə, biz çox şişirtmişik. Çinin son 3 ayda Rusiyaya mühüm silahlar verə biləcəyi qeyd edilib. Hələlik bunu etməyiblər. Amma bu o demək deyil ki, onlar bunu etməyəcəklər...” - deyə ABŞ prezidenti bildirib. 

Bizim.Meda

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO