Danimarka dünyanın ən xoşbəxt ölkəsidir

Danimarka dünyanın ən xoşbəxt ölkəsidir

Hazırda oxunan: Danimarka dünyanın ən xoşbəxt ölkəsidir

127100
Dördüncü Dünya Xoşbəxtlik Hesabatına (World Happiness Report) görə, Danimarka dünyanın ən xoşbəxt ölkəsidir.xa0

Moderator.az “jewish.ru”x9d-ya istinadən xəbər verir ki, hesabatı Birləşmiş Millətlər Təşkilatının (BMT) himayəsi altında ABŞ-ın Kolumbiya universitetinin sosioloqları hazırlayıblar.
Qiymətləndirmə hər 156 iştirakçı ölkələr arasında adambaşına düşən Ümumi Daxili Məhsulun (ÜDM) alıcılıq qabiliyyəti, sosial dəstəyin səviyyəsi (bəlalı vəziyyətdə insanın kiməsə güvənəcəyi), doğuş sonrası həyatın davamlılığı (Ümumdünya Səhiyyə Təşkilatının bilgiləri), şəxsi azadlıq səviyyəsi, alicənablıq və filantropiya səviyyəsi, korrupsiyanın qəbulu, sorğudan əvvəlki sevinc və narahatlıq səbəbləri qeydə alınıb.

2016-cı il reytinqində birinci yer Danimarkaya verilib. Bu ölkə İsveçrəni ikinci yerə keçirib. Danimarka dörd seçkidə üç dəfə lider olub. İsveçrə sadəcə bir dəfə məğlub olub. Daha sonra İslandiya, Norveç və İsveçrə gəlir. Kanada altıncı yeri tutur, Hollandiya ”“ yeddinci, Yeni Zelandiya ”“ səkkizinci, Avstraliya ”“ doqquzuncu, İsveç ”“ onuncu. Dünyanın ən xoşbəxt ölkələri arasında Rusiya 56-cı yerdə qərar tutub.

Həyatlarından ən az məmnun Burundinin vətəndaşlarıdır. Siyahının sonunda Benin, Əfqanıstan, Toqo və Suriya var.

Ramil Həsənli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO