Mark Zukerberq üçüncü dəfə qız atası oldu - FOTO 

Mark Zukerberq üçüncü dəfə qız atası oldu - FOTO 

Hazırda oxunan: Mark Zukerberq üçüncü dəfə qız atası oldu - FOTO 

127097

“Meta” sosial şəbəkəsinin qurucusu Mark Zukerberq və onun 38 yaşlı həyat yoldaşı Prisilla Çanın üçüncü övladları dünyaya gəlib. 

Bizim.Media xəbər verir ki, Zukerberq bu barədə özünün rəsmi  “Instagram” hesabında paylaşım edib. 

O qeyd edib ki, üçüncü övladları olan qızlarına Aurelia Çan Zukerberq adını veriblər:

“Dünyaya xoş gəldin, Aurelia Çan Zukerberq. Sən kiçik bir nemətsən”. 

Qeyd edək ki, Mark və Prisillanın yeddi yaşlı Maksima və beş yaşlı Avqusta adlı qızları var. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO