Rusiya Daxili İşlər Nazirliyi politoloq və publisist Abbas Qalyamovu axtarışa verib.
Bizim.Media xəbər verir ki, axtarış vərəqəsində onun hansı konkret iş üzrə axtarıldığı göstərilmir.
Qalyamov dəfələrlə müharibə əleyhinə bəyanatlar verib. 2023-cü ilin fevralında Ədliyyə Nazirliyi onu “xarici agentlər” siyahısına daxil edib.
Ədliyyə Nazirliyinin məlumatına görə, o, xarici agentlər tərəfindən yaradılmış materialları qeyri-məhdud insanlar arasında paylayıb, Ukraynada xüsusi hərbi əməliyyatın əleyhinə çıxış edib, xarici strukturların təqdim etdiyi informasiya platformalarında ekspert və respondent kimi iştirak edib.
Qeyd edək ki, Abbas Qalyamov - siyasi elmlər namizədi. 2008-2010-cu illərdə o, Rusiya prezidenti Vladimir Putinin spikeri adlandırılıb. 2010-2014-cü illərdə Hazırda İsraildə yaşayan Qalyamov Başqırdıstan Respublikası prezident administrasiyası rəhbərinin müavini vəzifəsində çalışıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
21:47 / 24.03.2023
Tanınmış rusiyalı politoloq axtarışa verildi
Hazırda oxunan: Tanınmış rusiyalı politoloq axtarışa verildi
Hazırda oxunan: Tanınmış rusiyalı politoloq axtarışa verildi
127077
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.