İranda son sutkada 8263 nəfər yeni növ koronavirusa yoluxub, 89 nəfər dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Koronavirusun yeni mutasiyası aşkarlandı
O bildirib ki, İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 59 572 nəfər, xəstəliyə yoluxanların sayı isə 1 milyon 582 min 275 nəfərə çatıb.
İranda bu günə qədər yoluxanların ümumi sayı 1 milyon 582 min 275 nəfərə yüksəlib. Onlardan 1 milyon 351 min 390 nəfər xəstəlikdən tam sağalaraq evə buraxılıb.
İnfeksiyaya yoluxan və hazırda vəziyyəti ağır olan 3 685 nəfər xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirir.
Bizim.Media