Ukrayna ağır yaralı əsirləri Rusiyaya QAYTARDI

Ukrayna ağır yaralı əsirləri Rusiyaya QAYTARDI

Hazırda oxunan: Ukrayna ağır yaralı əsirləri Rusiyaya QAYTARDI

127025

Ukrayna bütün ağır yaralı əsirləri birtərəfli qaydada Rusiyaya təhvil verib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın hərbi əsirlərin müalicəsi üzrə koordinasiya qərargahı məlumat verib.

Qeyd olunur ki, müharibə başlayandan bəri əsir götürülən ağır yaralı bütün rusiyalı hərbçilər ölkəsinə geri qaytarılır. Qaytarılan hərbçilərin dəqiq sayı barədə məlumat verilməyib. Rusiya tərəfi hələlik yaralı hərbçilərin geri qayıtmasını təsdiqləməyib və şərh etməyib.
“Söhbət hərbi əsirlərin mübadiləsindən yox, konkret olaraq repatriasiyadan - ağır yaralı əsirlərin beynəlxalq humanitar hüquqda nəzərdə tutulduğu kimi heç bir şərt olmadan geri qaytarılmasından gedir”, – deyə qərargahdan bildirib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO