Daha bir ölkə Qolodomoru soyqırım kimi tanıdı

Daha bir ölkə Qolodomoru soyqırım kimi tanıdı

Hazırda oxunan: Daha bir ölkə Qolodomoru soyqırım kimi tanıdı

126921

İslandiya parlamenti martın 23-də 1932-1933-cü illərdə baş vermiş Qolodomoru ukraynalıların soyqırımı kimi tanıyıb. 

Bizim.Media Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə İslandiyanın xarici işlər naziri Thordis Kolbrun Reykfyord Gilfadottir məlumat verib. 

Məlumata görə, 48 deputat qərarın lehinə səs verib. 

Ukrayna Prezidenti Volodimir Zelenski İslandiya parlamentinin bu qərarına görə, ölkə rəhbərliyinə təşəkkür edib və vurğulayıb ki, bu qərar belə cinayətlərin cəzasız qalmadığına bariz nümunədir. 

Qeyd edək ki, artıq bir sıra dövlətlər 1932-1933-cü illərin Qolodomorunu ukraynalıların soyqırımı kimi tanıyıblar. Qərara yeni qoşulan ölkələr arasında Belçika, Çexiya və Bolqarıstan da var. Bundan əlavə, Avropa Parlamenti də Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanıyıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO