Nyu-Yorkda Azərbaycanla FAO arasında meşələrin mühafizəsi müzakirə olundu

Nyu-Yorkda Azərbaycanla FAO arasında meşələrin mühafizəsi müzakirə olundu

Hazırda oxunan: Nyu-Yorkda Azərbaycanla FAO arasında meşələrin mühafizəsi müzakirə olundu

126907

ABŞ-nin Nyu-York şəhərində keçirilib BMT Su Konfransı çərçivəsində ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş direktoru Qu Donqyu arasında ikitərəfli görüş təşkil olunub. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, görüşdə meşələrin mühafizəsi, bioloji müxtəlifliyin qorunması, su resurslarının səmərəli idarə olunması məsələləri və Azərbaycanın bu çərçivədə fəaliyyətləri müzakirə edilib. 

Qeyd edək ki, Nyu-Yorkda keçirilən BMT-nin Su Konfransında Azərbaycanın nümayəndə heyəti də iştirak edir.

Konfrans çərçivəsində martın 24-də Azərbaycanın bu sahədə təcrübələrinə dair xüsusi sessiya keçiriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO