Zelenski Xersona getdi – FOTO/VİDEO

Zelenski Xersona getdi – FOTO/VİDEO

Hazırda oxunan: Zelenski Xersona getdi – FOTO/VİDEO

126891

Ukrayna Prezidenti Volodimir Zelenski Xerson vilayətinə işgüzar səfərə gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Teleqram kanalı məlumat yayıb.

“Xerson vilayətinə işgüzar səfərdəyəm. Rusiyanın genişmiqyaslı təcavüzü nəticəsində çoxlu evlərə və sosial infrastruktur obyektlərinə ziyan dəymiş Posad-Pokrovski kəndindəyəm”, - deyə Zelenski yazıb.

Onun sözlərinə görə, hazırda bu kənddə işıq və su təchizatının bərpası davam edir, ambulatoriya yenidən tikilir və insanlar öz evlərinə qayıdırlar.

“Yerli sakinlərlə cari məsələlər və ehtiyaclar barədə danışdım. Hər şeyi bərpa edəcəyik, hər şeyi yenidən quracağıq. İşğalçılardan əziyyət çəkən hər bir şəhər və kənd kimi”, - deyə Zelenski əlavə edib.
 


 




Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO