İranlı nazir Moskvada Xəzər dənizi ilə bağlı məsələləri müzakirə edəcək

İranlı nazir Moskvada Xəzər dənizi ilə bağlı məsələləri müzakirə edəcək

Hazırda oxunan: İranlı nazir Moskvada Xəzər dənizi ilə bağlı məsələləri müzakirə edəcək

126877

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Moskvaya səfər edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə məlumat verib.

Mariya Zaxarova bildirib ki, İranın xarici işlər naziri martın 29-da Moskvaya işgüzar səfər edəcək. Səfər çərçivəsində o, Rusiya XİN başçısı Sergey Lavrov ilə görüşəcək.

Tərəflər İranın nüvə proqramı, Suriya, Əfqanıstan, Cənubi Qafqazda vəziyyət, Xəzər dənizi ilə bağlı məsələləri müzakirə edəcəklər.

Rusiya və İran Avrasiya İqtisadi İttifaqında azad ticarət haqqında sazişin imzalanması prosesi, birgə nəqliyyat və energetika layihələrini də nəzərdən keçirəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO