"Google" dan növbəti YENİLİK: Süni intellekt proqramı...

Hazırda oxunan: "Google" dan növbəti YENİLİK: Süni intellekt proqramı...

126722

"Google" bu gün yeni süni intellekt nitq proqramı olan Bardı bəzi istifadəçilərinə, 18 yaş məhdudiyyəti şərti ilə açıb. 

Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, rəqibi ChatGPT-dən fərqli olaraq, Bard vasitəsilə internetdəki ən son məlumatlara daxil olmaq və "Google it" düyməsi ilə axtarış etmək olur.

"Google" həmçinin proqramda "məhdudiyyətlər"in olduğunu, səhv edə biləcəyini və qərəzli cavablar verə biləcəyi ilə bağlı da istifadəçilərə xəbərdarlıq edib.

Şirkət bir blog yazısında "daha dərindən" axtarış üçün Bard-a dil modellərini əlavə etməyi planlaşdırdığını açıqlayıb.

"Google", yeni vasitəni ABŞ və Böyük Britaniyada yaymağa başlayacağını və gələcəkdə onu daha çox ölkədə və dildə yaymağı planlaşdırdığını deyib.

Qeyd edək ki, süni intellektli chat robotlar sualları insan kimi təbii şəkildə onlayn cavablandırmaq üçün proqramlaşdırılıb.

Bu vasitə nitqdən tutmuş kompüter koduna və ya məqaləyə qədər hər şeyi yaza bilər.

Bard, "Google"-un heç vaxt tam istifadəyə verilməmiş Lamda adlı chat modeli ilə eyni nəsildəndir.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO