Əfqanıstan və Pakistanda zəlzələ qurbanlarının İLKİN SAYI 

Əfqanıstan və Pakistanda zəlzələ qurbanlarının İLKİN SAYI 

Hazırda oxunan: Əfqanıstan və Pakistanda zəlzələ qurbanlarının İLKİN SAYI 

126708

Çərşənbə axşamı axşam saatlarında Əfqanıstanda qeydə alınan zəlzələ nəticəsində Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva əyalətində azı iki nəfər həlak olub. Əfqanıstanın şərqindəki Laqman əyalətində daha iki nəfər həlak olub. 

Bizim.Media xəbər verir ki, bu barədə “reuters” məlumat yayıb. 

Məlumata görə, Xeyber-Paxtunxvada yaşayış binalarının dam və divarlarının uçması nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb. Svat rayonunda isə150-yə yaxın insan yaralanıb. Rayon xəstəxanaları yüksək hazırlıq vəziyyətinə gətirilib. 
Bundan əlavə, Əfqanıstanın təbii fəlakətlərin nəticələrinin azaldılması agentliyinin sözçüsü agentliyə bildirib ki, Laqman əyalətində iki nəfər ölüb. 

Xatırladaq ki, bu gün Əfqanıstanda 6,5 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Gündüz şəhərindən 195 kilometr şərqdə, ocağı isə 194 kilometr dərinlikdə yerləşib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO