Atatürkün məzarı yanındakı qablarda Azərbaycan torpağı da qoyulub - FOTOLAR

Atatürkün məzarı yanındakı qablarda Azərbaycan torpağı da qoyulub - FOTOLAR

Hazırda oxunan: Atatürkün məzarı yanındakı qablarda Azərbaycan torpağı da qoyulub - FOTOLAR

12667

“Safe Tourism” proqramı çərçivəsində Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə azərbaycanlı jurnalistlər mədəniyyət, rəsm, sərgi və heykəltaraşlığın beşiyi sayılan paytaxt Ankarada olublar. Soyuq qarlı və şaxtalı təbiəti ilə seçilən Ankara müasirliyi ilə göz oxşayırdı.

Ağ qara bürünmüş şəhər pandemiya ərəfəsində səssizliyə də qərq olmuşdu. Gəzintimiz Ankarada Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün məzarı– Anıtqəbrini ziyarətlə başladı.

Ciddi mühafizə olunan və boy-boy sıralanan şam ağaclarından ibarət Anıtqəbir geniş ərazini əhatə edirdi.
 

MÖVZU İLƏ BAĞLI:

Dünyanın ən böyük kitabxanası - 201 km-lik kitab rəfləri - FOTOLAR


Pandemiya səbəbindən Atatürkün məzarını ziyarətə gələnlər azlıq təşkil edirdi.  Meydanın sol hissəsində möhtəşəm “Antikabir” mövzoley yerləşir.

Azərbaycanlı jurnalistləri movzoley qarşısına düzülən rəsmi karavul dəstəsi qarşılayıb.

Movzoley kompleksinin komandiri, polkovnik Hakan Osmanın sözlərinə görə Anıtqəbirdə 12-si sağda, 12-si isə solda olmaqla, dünyadakı türk boylarının sayını göstərən 24 aslan heykəli həkk olunub.

Ortalama 30 min insan tutumu olan meydan ziyarətçilərə xidmət göstərir.

Atatürkün məzarının ətrafında 83 ədəd qab var. Bu qabların içərisində Türkiyənin 83 bölgəsindən götürülmüş torpaq, qablardan birinin içində isə Azərbaycan torpağı var...

Jurnalistlərin Türkiyədə səfərdə olduğundan şərəfləndiyini vurğulayan polkovnik iki ölkə münasibətlərinin turizmin inkişafına töhfə verəcəyini qeyd edib.

Ulu Atatürkün dəfn edildiyi Anıtkabir haqda qısaca məlumat verən polkovnik bildirib ki, əslində Mustafa Kamal 1938-ci ildə vəfat edəndə nəşi ilk olaraq Ankara Etnoqrafiya Muzeyində saxlanılıb.

Anıtqəbir hazır olana qədər, yəni 1938-1953-cü illər arasında, Atatürk müvəqqəti olaraq burada dəfn edilib.

Onun nəşi 1953-cü ildə Anıtqəbirə aparılaraq dəfn ediləndən sonra da muzeyin bu hissəsi Atatürkə hörmət əlaməti olaraq simvolik qəbir şəklində qorunur. Anıtkabir birdən-birə hazır olmayıb.

Movzoley kompleksinin məhz burada – Rasattəpədə tikilməsi haqda qərar verilib və ardıyla da bu işi icra edəcək şirkətlərin seçilməsi üçün 1941-ci il mart ayının 1-də beynəlxalq miqyasda açıq tender elan olunub və yarışın qalibləri Emin Onat və Orxan Ardanın layihələri seçilib.

Tikintiyə 1944-cü ildə başlanılıb və 1953-cü ildə tamamlanıb. Bundan dərhal sonra isə Mustafa Kamal Atatürkün nəşi Etnoqrafiya Muzeyindən gətirilərək burada dəfn edilib.

Atatürkün məzarını ziyarət etdik. Ziyarətdən sonra isə movzoleyin alt qatında yerləşən muzeyin zəngin eksponatları ilə də tanış olduq. Turistlərin diqqətini cəlb edən və onları tarixə qovuşduran movzoleyi gəzdikcə zövq alırsan.

Muzeydə ayrıca bir bölmədə sərgilənən Atatürkün silahları, şəxsi əşyaları, geyim-kecimləri, iş otağı  və fəaliyyətini əks etdirən tarixi fotofaktlar ulu qurucunun real həyatını canlandırır.  

O illərə qayıtdıqca, Atatürkün türk dünyası və bəşəriyyət üçün etmiş olduğu xidmətləri, başladığı istiqlal savaşında Cümhuriyyətin yaranmasına nail olan mühüm tarixi, siyasi nəticələrini vərəqləmiş olursan. 

Mavzoleydə həmçinin 1973-cü ildə vəfat etmiş Türkiyənin ikinci prezidenti İsmət İnönü dəfn edilib. Onun məzarı Atatürkün türbəsi ilə üzbəüz, Mərasim meydanının digər tərəfində yerləşir.

Mavzoley 1966-1987 və 1997-2009-cu illərdə müxtəlif Türkiyə banknotları üzərində təsvir edilib.

Alçina Amilqızı, Bizim.Media, Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO