“Amazon”da daha 9 min nəfər İŞDƏN ÇIXARILACAQ

“Amazon”da daha 9 min nəfər İŞDƏN ÇIXARILACAQ

Hazırda oxunan: “Amazon”da daha 9 min nəfər İŞDƏN ÇIXARILACAQ

126620

“Amazon” şirkəti daha 9 min işçisini işdən çıxaracağını açıqlayıb.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda “Amazon”nun Baş İcraçı Direktoru (CEO) Endi Cassi şirkət işçiləri ilə paylaşdığı mesajda məlumat verib.

Cassi “AWS”, “PXT”, “Twitch” və reklamdan olan təxminən 9000 işçini işdən çıxarmağı planlaşdırdıqlarını bildirib.

İqtisadiyyatda mövcud və gələcək qeyri-müəyyənliklərə işarə edən Cassi deyib: 

“Bu çətin bir qərar idi, lakin biz bunun uzun müddətdə şirkət üçün ən yaxşısı olduğunu düşünürük”.

Qeyd edək ki, şirkət yanvar ayında 18 min işçisini işdən çıxarıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO