SON DƏQİQƏ: Parisdə etirazçılarla polis arasında toqquşma olub – ANBAAN VİDEO 

SON DƏQİQƏ: Parisdə etirazçılarla polis arasında toqquşma olub – ANBAAN VİDEO 

Hazırda oxunan: SON DƏQİQƏ: Parisdə etirazçılarla polis arasında toqquşma olub – ANBAAN VİDEO 

126575

Xəbər verdiyimiz kimi bu saatlarda Fransanın bütün şəhərlərində pensiya yaşının artırılmasına eriraz edənlər aksiya keçirirlər. 

Bizim.Media xəbər verir ki, artıq paytaxt Parisdə etirazçılarla polis arasında toqquşma olub. 

Aksiyanı dağıtmağa çalışan hökumət qüvvələri etirazçılara güc tətbiq ediblər və polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. 

Qeyd edək ki, nümayişçilər ilə polis arasında toqquşmalar meydana bitişik küçələrdə, hökumətə etimadsızlıq barədə qərarın Milli Assambleyada (parlamentin aşağı palatası) kifayət qədər səs toplaya bilmədiyi açıqlanandan yarım saat sonra başlayıb.
Bu xəbərin yayılmasından sonra vəziyyət kəskin şəkildə gərginləşib, etirazçılar asayiş keşikçilərini təhqir etməyə, zibil qutularını yandırmağa, polisə daş və butulka atmağa başlayıblar. 

Həmin görüntüləri təqdim edirik: 

Bizim.Media
 


 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO