“Müqavilənin həyata keçirilməsində irəliləyiş olmayacağı təqdirdə Rusiya “taxıl sazişi”ndə iştirakını mayın 18-də dayandıracaq”.
Bizim.Media “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
“Təşəbbüsün uzadılması ilə bağlı növbəti qərar Rusiya-BMT Memorandumunun icrası kontekstində aşağıdakı şərtlərin həyata keçirilməsində irəliləyişdən asılı olacaq:
Rosselxozbank-ın SWIFT-ə yenidən qoşulması; kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin tədarükü və xidmətin bərpası; sığorta və təkrar sığorta üzrə məhdudiyyətlərin ləğvi, üstəlik limanlara girişə qoyulan qadağanın aradan qaldırılması; "Togliatti-Odessa" ammonyak boru kəmərinin işinin bərpası; Qida və gübrə istehsalı və daşınması ilə bağlı Rusiya şirkətlərinin xarici aktivlərinin və hesablarının blokdan çıxarılması”, - Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan mesajda deyilir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:43 / 20.03.2023
Rusiya “taxıl sazişi”ndə iştirakını dayandıra bilər – DETALLAR
Hazırda oxunan: Rusiya “taxıl sazişi”ndə iştirakını dayandıra bilər – DETALLAR
Hazırda oxunan: Rusiya “taxıl sazişi”ndə iştirakını dayandıra bilər – DETALLAR
126514
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.