Su anbarı qurudu, tarixi yol üzə çıxdı

Su anbarı qurudu, tarixi yol üzə çıxdı

Hazırda oxunan: Su anbarı qurudu, tarixi yol üzə çıxdı

126470

İstanbul şəhərini içməli su ilə təmin edən vacib su anbarlarından biri Terkos gölü quruyub. 

Bizim.Media Türkiyə mətbuatına istinadən bildirir ki, göl quruduqdan sonra ortaya çıxan mənzərə görənlərin təəccübünə səbəb olub.

Belə ki, gölün quruması nəticəsində tarixi yol üzə çıxıb. Göldə son vaxtlar suyun səviyyəsi 31,38- metr aşağı düşüb. Nəticədə bu gölün içi ilə keçən tarixi yol quruda qalıb. Tarixçilərin fikirlərinə görə vaxtı ilə bu yoldan Balkan müharibələri zamanı istifadə olunub. Bəzi fikirlərə görə bu yol daha qədim tarixə malikdir. 
Qeyd edək ki, Osmanlının 4 balkan dövlətinə qarşı 1912-1913 cü illərdə apardığı müharibə tarixə Balkan müharibələri kimi düşüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO