Ankarada Türk dünyası Tonyukuk Parkının və eyni adlı abidənin açılış mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, açılış mərasimində rəsmi şəxslər, Ankarada fəaliyyət göstərən diplomatik korpusun və beynəlxalq təşkilatların rəhbərləri və təmsilçilərii, elm və mədəniyyət xadimləri, paytaxt ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Türkiyənin dövlət himni səsləndirilib.
Mərasimdə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali, Türkiyənin xarici işlər nazirinin müavini Yavuz Selim Kıran, Altındağ rayon bələdiyyəsinin sədri Asim Balçı çıxış ediblər.
Məlumat verilib ki, böyük bir tarixə işıq salan Park və abidə Ankaranın Altındağ rayon bələdiyyəsi tərəfindən Beynəlxalq Türk Akademiyasının iştirakı ilə salınıb.
Bilgə Tonyukuk abidəsinin ucaldılmasının 1300 ilinin tamam olması dünya yazı tarixində ən mühüm hadisələrdən biri kimi dəyərləndirlib.
Çıxışlardan sonra Tonyukuk Parkının və eyni adlı abidənin açılış olub.
Qeyd edək ki, Bilge Kağanın vəziri olan ulu Tonyukuk, böyük elmi və yüksək təcrübəsilə Bilge Kağana yol göstərirmiş.
Orhun yazıları Tonyukuk tərəfindən Bilge Kağan və Kül Tiginin ölümlərindən sonra abidələşdirilib. Bu xətlərə "Orhun yazıları" deyilməsinin səbəbi onların Orhun çayı sahillərində həkk olunmasıdır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:39 / 22.02.2021
Ankarada Türk dünyası Tonyukuk Parkının açılışı oldu - FOTO
Hazırda oxunan: Ankarada Türk dünyası Tonyukuk Parkının açılışı oldu - FOTO
Hazırda oxunan: Ankarada Türk dünyası Tonyukuk Parkının açılışı oldu - FOTO
12647
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.