Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiya prezidenti Vladimir Putinin həbsinə dair orderlə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) qərarını şərh edib.
Bizim.Media xəbər verir ki, Medvedev bu barədə fikirlərini teleqram kanalında bölüşüb.
Onun fikrincə, BCM-nin qərarı “beynəlxalq hüquq üçün dəhşətli nəticələrə” gətirib çıxaracaq.
"Aydındır ki, bu qərarın praktiki dəyəri yoxdur, amma xatırladığınız üçün təşəkkürlər. Lakin bunun beynəlxalq hüquq üçün nəticələri dəhşətli olacaq. Axı bu, təməllərin, hüquq prinsiplərinin dağılmasıdır. İndi heç kim heç bir beynəlxalq quruma getməyəcək, hamı razılaşacaq BMT və digər strukturların bütün axmaq qərarları bir-birinə qarışacaq. Ardınca, bütün beynəlxalq münasibətlər sisteminin tutqun tənəzzülü gəlir”, - deyə Medvedev bildirib.
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini BCM-i, demək olar ki, sıfır səlahiyyətli qurum kimi qiymətləndirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:20 / 20.03.2023
Beynəlxalq Cinayət Məhkəməsinin Putinlə bağlı qərarına Medvedevdən REAKSİYA
Hazırda oxunan: Beynəlxalq Cinayət Məhkəməsinin Putinlə bağlı qərarına Medvedevdən REAKSİYA
Hazırda oxunan: Beynəlxalq Cinayət Məhkəməsinin Putinlə bağlı qərarına Medvedevdən REAKSİYA
126440
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.