Türkiyə Ali Seçki Qurumu prezident və parlament seçkilərində xaricdə yaşayan türk seçicilərin hansı gömrük-keçid məntəqələrində və nə zamandan səs verə biləcəklərini açıqlayıb.
Bizim.Media xəbər verir ki, gömrük-keçid məntəqələrində səsvermə 27 aprel saat 08.00-da başlayacaq və 14 may saat 17.00-da başa çatacaq.
MÖVZU İLƏ BAĞLI:
Türkiyədə seçki kampaniyası başlayıb
Prezident seçkilərinin ikinci tura qalması halında isə gömrük-keçid məntəqələrində səsvermə 20 may saat 08.00-da başlayacaq, 28 may saat 17.00-da bitəcək.
Xaricdə yaşayan seçicilər Gürbulak, Aktaş, Türkgözü, Sarp, Kapıkule, Pazarkule, İpsala, Hamzabeyli, Karkamış Üzümlü, Esendere, Kumlu, Cilvegözü, Öncüpınar, Çobanbey, Dereköy, Akçakale, Habur Kapıköy karayolu, Şakirpaşa, Esenboğa, Antalya, Çardak, Diyarbakır, Hasan Polatkan, Elazığ, Gaziantep, Hatay, Süleyman Demirel, İstanbul, Sabiha Gökçen, Adnan Menderes Erkilet, Konya, Dalaman, Bodrum-Milas, Samsun Çarşamba, Trabzon, Zonguldak Çaycuma hava limanları ilə Kuşadası, Ayvalık, Çeşme, Derince, Mersin, Taşucu, Bodrum və Samsunda gömrük-keçid məntəqələrində səs verə biləcəklər.
Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkilərində ölkə daxilində səsvermə mayın 14-də baş tutacaq.
Həmin gün Türkiyənin xarici ölkələrindəki diplomatik nümayəndəliklərində də seçki məntəqələri açılacaq.
Bizim.Media