Bu gün Qazaxıstan parlamentinə (aşağı palatası) və məclislərə (yerli nümayəndəlik orqanları) keçirilən növbədənkənar seçkilərdə bütün ölkə üzrə səsvermə başa çatıb.
Bizim.Media xəbər verir ki, ilkin məlumata görə, seçici fəallığı 54,09 faiz təşkil edib.
MÖVZU İLƏ BAĞLI:
Qazaxıstan vətəndaşları Azərbaycanda da səs verirlər - FOTO
Bu seçkilərlə bağlı ümumilikdə 10 mindən çox seçki məntəqəsi təşkil olunub.
Qazaxıstanda qeydiyyatdan keçmiş bütün yeddi siyasi qüvvə parlament seçkilərində iştirak edib.
Bizim.Media