Milliyətcə tatar, ukraynalı oliqarx Rinat Axmetov Donbasa rəhbər təyin edilir.
Moderator.az Ukryana mediasına istinadən xəbər verir ki, prezident administrasiyası oliqarx Rinat Axmetov və müxalifət blokunun lideri Yuriy Boykonu işğal olunmuş Donbas vilayətinə rəhbər qoyulmasi ilə bağlı danışıqlar aparıb.
Müzakirələrin aparılmasına baxmayaraq hələ də yekun qərar yoxdu.
Rinat Axmetovun Donbasa rəhbər təyin olunması məsələsini ABŞ Dövlət katibinin köməkçisi Viktoriya Nuland da dəstəkləyir.
Müxalifət blokundan Y. Boykonun Donbasa təyinatı məsələsini təsdiqləsələr də, hələlik onun təyinatının və işğal olunmuş əraziyə rəhbərliyin mexanizmi sonadək aydın deyil.
R.Axmetovun da ofisindən məsələ ilə bağlı mövqe bildirlib. Ofisdən bildirilib ki, oliqarx ölkədə sabitlik naminə hər şeyə hazırdır.
































































































