Qazaxıstan vətəndaşları Azərbaycanda da səs verirlər - FOTO

Qazaxıstan vətəndaşları Azərbaycanda da səs verirlər - FOTO

Hazırda oxunan: Qazaxıstan vətəndaşları Azərbaycanda da səs verirlər - FOTO

126358

Bakıda Qazaxıstanın Azərbaycandakı səfirliyində açılan 262 saylı seçki məntəqəsi yerli vaxtla saat 07:00-dan etibarən Qazaxıstan vətəndaşlarını qəbul edir.

Bizim.Media xəbər verir ki, seçki prosesi yaxşı səviyyədə təşkil olunub, seçicilərin vətəndaş mövqeyinin ifadəsi üçün hər cür şərait yaradılıb.

Seçki məntəqəsinin işinə MDB Parlament Assambleyasından olan müşahidəçilər nəzarət edir.

Konsulluq idarəsindən verilən məlumata görə, seçkilərdə Azərbaycanda daimi və müvəqqəti yaşayan 140-dan çox Qazaxıstan vətəndaşı iştirak edir. Ümumiyyətlə, Qazaxıstan vətəndaşları tərəfindən siyasi aktivlik və maraq var.
Məntəqədə səsvermə yerli vaxtla saat 20:00-dək davam edəcək.






Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO