Hatayda zəlzələ təşvişi ilə eyvandan özünü atan QADIN ÖLÜB

Hatayda zəlzələ təşvişi ilə eyvandan özünü atan QADIN ÖLÜB

Hazırda oxunan: Hatayda zəlzələ təşvişi ilə eyvandan özünü atan QADIN ÖLÜB

126242

Türkiyənin Hatay vilayətində zəlzələ olduğunu düşünən qadın özünü eyvandan atıb. 

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, vilayətin Ərzin rayonunda yuxudan “zəlzələ olur” deyərək ayağa qalxan və panikaya düşən qadın ikinci mərtəbədən tullanıb. 

Qadın həyatını itirib.

Anası Lütfiyə Çelerlə birlikdə yaşayan Ayşe Gülhan Çeler (38) fevralın 6-da baş verən zəlzələdən çox zərər çəkib.

Davamlı qorxu içində olan qadın geçə yuxudan qışqıraraq oyanıb və zəlzələ olduğunu düşünüb. 

Təşvişə düşən Ayşə Gülhan Çeler eyvana qaçaraq ikinci mərtəbədən yerə tullanıb. O, xəstəxanaya çatdırılsa da, qadının həyatını xilas etmək mümkün olmayıb.

Qızının hər kəsə hörmət etdiyini, ailəsi ilə heç bir problemi olmadığını deyən mərhumun anası  deyib ki, o, işində də sevilən insan idi:

"Hamıya kömək edirdi. Qızıma nə oldusa, fevralın 6-da baş verən zəlzələdən sonra oldu. O, intihar etməyib, yuxusunda zəlzələ görüb və təşvişə düşərək özünü eyvandan atıb”.
 

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO