Çavuşoğlu və Abdullahian İran-Azərbaycan münasibətlərini müzakirə edib

Çavuşoğlu və Abdullahian İran-Azərbaycan münasibətlərini müzakirə edib

Hazırda oxunan: Çavuşoğlu və Abdullahian İran-Azərbaycan münasibətlərini müzakirə edib

126227

Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu və İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı zamanı İran - Azərbaycan qarşılıqlı əlaqələrinin son vəziyyəti də müzakirə edilib.

Bizim.Media “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Həmçinin, Çavuşoğlu Türkiyənin İran və Səudiyyə Ərəbistanı arasında 7 ildən sonra diplomatik əlaqələrin bərpasına dair razılaşmanı alqışladığını bildirib və bu razılaşmanın müsəlman birliyinə müsbət təsirlərini vurğulayıb.

O, əmin olduğunu bildirib ki, bu saziş müsəlman dünyasının mövqelərinin möhkəmlənməsinə və regional problemlərin həllinə kömək məqsədilə İslam ölkələri arasında birliyin yaradılmasına gətirib çıxaracaq.
Diplomatlar telefon danışığı zamanı, həmçinin ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi, rəsmi Tehran və Ankara arasında regional səviyyədə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO