Türkiyə üçün bütün dünyada işıqlar söndürüləcək

Türkiyə üçün bütün dünyada işıqlar söndürüləcək

Hazırda oxunan: Türkiyə üçün bütün dünyada işıqlar söndürüləcək

126128

Türkiyə və Suriyada baş verən zəlzələlərdə həyatını itirənlər üçün hər il mart ayının son şənbə günü bütün dünyada keçirilən "Yer saatı" tədbiri zamanı işıqlar söndürülərək müxtəlif mövzular üzrə insanlara dəstək verilir. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu il "Yer saatı" tədbirində Türkiyə və Suriyada baş verən zəlzələlərdə həyatını itirənlər üçün bir çox ölkələrdə işıqlar söndürüləcək. 

"Yer saatı" tədbirinin təşkilatçıları bunun Türkiyə üçün çox vacib olduğunu bildiriblər: "Zaman 6 fevralda dayandı. Verdiyi böyük dağıntı bizi kədərləndirdi. Odur ki, 16 ildir, 1 saatlıq söndürdüyümüz işıqları Türkiyənin gələcəyi üçün yenidən söndürəcəyik". 
Qeyd edək ki, iqlim böhranı və təbiət itkisinə diqqət çəkmək üçün 2007-ci ildən bəri keçirilən "Yer saatı" tədbirində bir çox ölkələrdə işıqlar müəyyən müddətlik söndürülür. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO