“Türk dünyasının tək ürək, tək vücud olduğunu ən yüksək səviyyədə bir daha göstərəcəyik”.
Bizim.Media xəbər verir ki, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Fövqəladə Zirvə görüşünün açılışında söyləyib.
MÖVZU İLƏ BAĞLI:
Ərdoğan İlham Əliyevə TƏŞƏKKÜR ETDİ - VİDEO
“Türk Dövlətləri Təşkilatı olaraq enerji təhlükəsizliyinin təmin edilməsində, eləcə də regional nəqliyyat və təchizat zəncirlərinin inkişafında strateji rol oynayacağıq”, - deyə Türkiyə Prezidenti vurğulayıb.
Qeyd edək ki, TDT-nin Fövqəladə Zirvə görüşü Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilir. “Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusuna həsr olunan Zirvə görüşündə Türkiyədə baş vermiş zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyətlə bağlı məsələlər müzakirə edilir.
Bizim.Media