İmran Xanın həbsi təxirə salındı

İmran Xanın həbsi təxirə salındı

Hazırda oxunan: İmran Xanın həbsi təxirə salındı

125847

Pakistanın Lahor şəhər Ali Məhkəməsi ölkənin sabiq Baş naziri İmran Xanın həbsini 17 marta qədər təxirə salmaq barədə qərar qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Reuters“ bildirib.

Agentliyin məlumatına əsasən, İmran Xanın həbsinin qarşısını almağa çalışan tərəfdarları ilə polis qüvvələri arasında şiddətli toqquşmalar nəticəsində yaranmış gərgin vəziyyəti aradan qaldırmaq üçün Lahor məhkəməsi onun həbsini təxirə salıb.
Xatırladaq ki, dünən polis və təhlükəsizlik qüvvələri əməkdaşları sabiq Baş naziri öz iqamətgahında həbs etmək üçün yenidən cəhd ediblər.

Xanın tərəfdarları isə hüquq-mühafizə orqanlarının əməkdaşlarına ciddi müqavimət göstəriblər və xüsusi təyinatlılar nümayişçilərə qarşı gözyaşardıcı qaz qumbaralarından istifadə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO