Narkotiklərə Nəzarət Federal Xidməti: Dünyada 3 milyondan çox insan əfqan narkotiklərindən ölüb.
Bu barədə Moderator.az “TASS”x9d-a istinadən xəbər verir.
Bütün dünyada üç milyondan çox insan son iyirmi il ərzində əfqan narkotiklərini istifadə etməkdən vəfat edib. Bu barədə bü gün Cənubi Afrika Respublikasına iş səfəri zamanı Rusiyanın Narkotiklərə Nəzarət Federal Xidmətinin rəhbəri Viktor İvanov məlumat verib.
“Son iyirmi il ərzində əfqan tiryəki və cənubi amerika kokaininin istifadəsi nəticəsində, ən sadə hesablamalara görə, 3 milyondan çox insan həyatını itirib, bu iki mərkəzdə istehsal olunan və transmilli cinayətkar şəbəkələrə daxil olan narkotiklərin dəyəri dörd trilyon ABŞ dolları təşkil edib”x9d, - o, deyib.
İvanovun sözlərinə görə, narkotiklərin sonrakı genişmiqyaslı istehsalı və uzaq bazarlara tranziti, xüsusilə tranzit regionlarda müxtəlif formalarda zorakılığın kəskin artmasına və birbaşa ictimai-siyasi sabitliyin sarsıdılmasına səbəb olur.
Ramil Həsənli































































































