"Türkiyə ordusunu ölkəmizə dəvət edirik" - Rusiyadan qorxan Litvanın şok bəyanatı

Hazırda oxunan: "Türkiyə ordusunu ölkəmizə dəvət edirik" - Rusiyadan qorxan Litvanın şok bəyanatı

125784
Rusiyanın Avropa üzərində qorxu yaratdığı bir dövrdə Litvanın müdafiə naziri sensasion bəyanatla çıxış edib.

Litvanın müdafiə naziri Yuozas Oleaks türk əsgərini ölkəsində görməkdən məmnunluq duyacaqlarını bildirib.

Rusiyanın aqressiv siyasətindn danışan Oleaks Baltik ölkələrinin durumundan, Suriya böhranından, NATO və Türkiyənin dünyada gedən proseslərdəki rolundan danışıb.

"Anadolu" agentliyinə müsahibə verən Litvanın müdafiə naziri Rusiyanın Krımı və Donbası işğalından sonra əksər region ölkələrinin özlərini təhlükəsizlikdə hiss etmədiyini bildirib.

"Əlbəttə türk əsgərini ölkəmizdə görməkdən çox məmnun olardıq. Türkiyə Baltik ölkələrində NATO-nun Hava Polisi Missiyasında aktiv iştirak edən ilk ölkələrdən biridir", - deyə Yuozas Oleaks bildirib.(Ölkə.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO