Türk dövlətləri arasında sadələşdirilmiş GÖMRÜK DƏHLİZİ yaradılır

Türk dövlətləri arasında sadələşdirilmiş GÖMRÜK DƏHLİZİ yaradılır

Hazırda oxunan: Türk dövlətləri arasında sadələşdirilmiş GÖMRÜK DƏHLİZİ yaradılır

125593

Bununla bağlı Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsində “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” 2022-ci il noyabrın 11-də Səmərqənd şəhərində imzalanmış Saziş müzakirə olunub.

Komitənin üzvü, Millət vəkili Vüqar Bayramov bildirib ki, yeni Saziş qüvvəyə mindikdən sonra Türk dövlətləri arasında sadələşidirilmiş gömrük dəhlizinin yaradılacaq: 

“Dəhliz tərəflər arasında daşınan mallar barədə əvvəlcədən məlumat mübadiləsi etmək, onların gömrük prosedurlarının mümkün qədər asanlaşdırmaq məqsədi daşıyan, könüllülük əsasında və bütün nəqliyyat növlərində istifadə edilə bilən elektron sistemi nəzərdə tutur. Saziş qüvvəyə mindikdən sonra tərəflərin gömrük orqanlarının razılığı əsasında 6 aylıq Pilot Layihə icra olunacaq. Pilot Layihəyə dəhlizin praktiki reallaşdırılmasını təmin etməsinə xidmət edəcək”.

Millət vəkili onu da qeyd edib ki, 2022-ci ildə Azərbaycan ilə Türk dövlətləri arasındakı ticarət dövriyyəsi 6.0 milyard dollardan çox olub:

“Son illər tərəflər arasındakı iqtisadi və ticarət əlaqələrdə ciddi inkişaf müşahidə olunur. 1.2 trilyon nominal, 4 trilyon 586 milyard dollar real ÜDM-ə malik olan Türk dünyası birləşir və güclənir. 21-ci əsr Türk əsridir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO