Bu gün Rusiyanın İsraildəki səfiri Anatoli Viktorovla azərbaycanlı həmkarı Muxtar Məmmədov arasında görüş keçirilib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya səfirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, görüşdə Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi perspektivləri müzakirə olunub.
“Dostluq şəraitində keçən fikir mübadiləsi zamanı diplomatik nümayəndəliklərin rəhbərləri qarşılıqlı maraq doğuran sahələrdə Rusiya-Azərbaycan əməkdaşlığının aktual məsələlərinə toxunublar”, - deyə məlumatda qeyd edilib.
Görüşdə, xüsusilə Böyük Vətən Müharibəsinin tarixi irsinin qorunması, ikitərəfli iqtisadi və humanitar əlaqələrin genişləndirilməsi, eləcə də Yaxın Şərq nizamlanması problemləri müzakirə edilib.
Qeyd edək ki, Azərbaycanın İsraildəki səfirliyi 2022-ci ilin noyabrında yaradılıb, bu ilin yanvarında Muxtar Məmmədov diplomatik nümayəndəliyin rəhbəri təyin edilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:20 / 13.03.2023
Azərbaycan və Rusiyanın İsraildəki səfirləri ölkələr arasında əlaqələrin gücləndirilməsini müzakirə ediblər
Hazırda oxunan: Azərbaycan və Rusiyanın İsraildəki səfirləri ölkələr arasında əlaqələrin gücləndirilməsini müzakirə ediblər
Hazırda oxunan: Azərbaycan və Rusiyanın İsraildəki səfirləri ölkələr arasında əlaqələrin gücləndirilməsini müzakirə ediblər
125322
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.