Ukrayna raket atəşinə tutuldu - Ölənlər və yaralananlar var

Ukrayna raket atəşinə tutuldu - Ölənlər və yaralananlar var

Hazırda oxunan: Ukrayna raket atəşinə tutuldu - Ölənlər və yaralananlar var

125212

Ukraynanın Nikolayev vilayətinin Rusiya Silahlı Qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində 2 nəfər ölüb.

Bizim.Media xəbər verir ki, bu barədə vilayətin hərbi administrasiyasının rəhbəri Vitali Kim bildirib.

Məlumatda deyilir ki, səhər saatlarında Kutsurub yaşayış məntəqəsinin atəşə tutulması nəticəsində 1978 və 1980-ci il təvəllüdlü kişi və qadın həlak olub.

Həmçinin əlavə olunub ki, 7 yaşlı uşaq təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Əlavə olaraq 2 nəfərin yaralandığı da qeyd olunub.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO