Belarus prezidenti Aleksandr Lukaşenko İrana iki günlük rəsmi səfərə gedib.
Bizim.Media Belarus mətbuatına istinadən xəbər verir ki, Belarus dövlət başçısının təyyarəsi Minsk Milli Hava Limanından havaya qalxıb.
Tehranda Lukaşenko İran prezidenti İbrahim Rəisi ilə danışıqlar aparacaq. Prezidentlərin görüşü dar tərkibdə və nümayəndə heyətlərinin iştirakı ilə keçiriləcək. Gündəlikdə sənaye, kənd təsərrüfatı, logistika sahələrində layihələrin icrası var.
Prezidentlər regionda və dünyada vəziyyətə xüsusi diqqət yetirəcəklər.
Lukaşenko həmçinin birinci vitse-prezident, İslam Şurası Məclisinin sədri, eləcə də İranın ali lideri Əli Xamenei ilə görüşlər keçirəcək. Səfər nəticəsində İranla hərtərəfli əməkdaşlığa dair geniş yol xəritəsi imzalanacaq.
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:06 / 12.03.2023
Lukaşenko İrana getdi
Hazırda oxunan: Lukaşenko İrana getdi
Hazırda oxunan: Lukaşenko İrana getdi
125110
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.