Moldovanın sabiq prezidenti: \

Moldovanın sabiq prezidenti: \"Cənubi Qafqaz regionu həmişə çətin bölgə olub”

Hazırda oxunan: Moldovanın sabiq prezidenti: \"Cənubi Qafqaz regionu həmişə çətin bölgə olub”

125092

“Vaxtilə Sovet İttifaqının rəhbəri Leonid Brejnevin ölkəniz haqqında dediyi “Azərbaycan iri addımlarla irəliləyir” sözləri indi də öz aktuallığını saxlayır. Azərbaycanın bugünkü inkişaf strategiyasının əsasını Ümummilli Lider Heydər Əliyev qoyub. Mən bu böyük insanla 1970-ci illərdə tanış oldum. Tanışlığımız sonra möhkəm dostluğa çevrildi. Heydər Əliyev fenomen idi. O, Azərbaycan üçün zəngin irs qoyub”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Moldovanın sabiq Prezidenti Petru Luçinski Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə martın 12-də Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə deyib.

Petru Luçinski bildirib ki, Azərbaycan keçmiş sovet respublikaları arasında ən çox inkişaf edən ölkədir:

“Bunu bütün nöqteyi-nəzərdən demək mümkündür. Əlbəttə ki, çətinliklər, sıxıntılar həmişə olub və olacaq. Amma Azərbaycan bütün çətinliklərin öhdəsindən gələrək irəliyə doğru addımlamaqda davam edir.

Mən də daxil olmaqla bütün həmkarlar Heydər Əliyevin iti zəkasına, təfəkkürünə, uzaqgörən fikirlərinə heyran idik. O, daim gələcək haqqında düşünürdü, sabah üçün həmişə hazır strategiyası vardı. Onun layiqli varisi Prezident İlham Əliyev müdrik və sülhsevər siyasət yürüdür. Cənubi Qafqaz regionu həmişə çətin bölgə olub, indi də belədir. Azərbaycan regionda sülhün təminatı üçün ciddi səylər göstərir. Bu, təqdirəlayiqdir”.
Ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrdən danışan Petru Luçinski Azərbaycanın Moldova ilə birgə layihələrini də qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO