Viktor Yuşşenko Ukraynanın ali mükafatını Əlibala Məhərrəmzadəyə təqdim etdi - FOTO

Viktor Yuşşenko Ukraynanın ali mükafatını Əlibala Məhərrəmzadəyə təqdim etdi - FOTO

Hazırda oxunan: Viktor Yuşşenko Ukraynanın ali mükafatını Əlibala Məhərrəmzadəyə təqdim etdi - FOTO

125068

Ukrayna Ali Radasının sədri Puslan Stefançukun sərəncamı ilə iqtisad elmləri doktoru, professor, Azərbaycan Respublikasındakı “Ukrayna Ticarət Evinin” baş direktoru Əlibala Məhərrəmzadə Ukraynanın beynəlxalq nüfuzunun yüksəldilməsindəki xidmətlərinə, Ukraynaya Rusiya təcavüzü dövründə dəstək nümayişinə görə Ukrayna Ali Radasının fəxri diplomuna layiq görülüb.

Bizim.Media xəbər verir ki, Ukrayna Ali Radasının fəxri diplomunu Əlibala Məhərrəmzadəyə Bakıda səfərdə olan Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko təqdim edib. 

Qeyd edək ki, Əlibala Məhərrəmzadə buna qədər Ukrayna Prezidenti tərəfindən III dərəcəli “Xidmətə görə” ordeni ilə, Ukraynanın baş naziri tərəfindən Fəxri Diplomla təltif olunub.
Yeri gəlmişkən, Viktor Yuşşenko 10-cu Qlobal Bakı Forumunda iştirak etmək üçün Bakıda səfərdədir. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO