Danimarka Almaniya ilə sərhədini qismən bağlayıb.
Bizim.Media xəbər verir ki, Danimarka hökuməti sərhədin bağlanması barədə qərarı Almaniyanın bəzi sərhəd bölgələrində koronavirus pandemiyası ilə əlaqədar vəziyyətin pisləşməsi səbəbindən təcili olaraq qəbul edib.
MÖVZU İLƏ BAĞLI:
Almaniyanın müdafiə xərcləri rekord həddə çatıb
Bu, təxminən 13 sərhəd keçidinin müvəqqəti tədbir olaraq tamamilə bağlanacağı, digər 9-da isə daha sərt məhdudlaşdırma və yoxlamaların tətbiq ediləcəyi deməkdir.
Cümə axşamı tətbiq edilən qərar sərhəd yaxınlığında yerləşən Almaniyanın Flensburq şəhərində koronavirus mutasiyasının yayılmasından sonra qəbul olunub.
“Bu səbəbdən indi biz əhəmiyyətli dərəcədə daha sərt sərhəd yoxlamaları tətbiq edirik və Danimarka-Almaniya sərhədindəki bir sıra daha kiçik sərhəd keçidlərini bağlayırıq",- deyə Danimarkanın ədliyyə naziri Nik Xekkerup nazirliyin saytında bildirib.
Bizim.Media