Marsda 1 milyonluq şəhər...

Marsda 1 milyonluq şəhər...

Hazırda oxunan: Marsda 1 milyonluq şəhər...

12502

Mars planetində insanların daimi yaşaması onilliyin sonunda mümkün olacaq.

Bizim.Media rus mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın tanınmış mühəndisi, "Mars cəmiyyəti"nin prezidenti Robert Zubrin bildirib.

 

MÖVZU İLƏ BAĞLI:

Marsda yaşamaq mümkün olacaq


O, qeyd edib ki, qırmızı planetdə ilk milyonluq şəhər 2100-cü ildə yaradıla bilər.

Ekspert Amerika sahibkarı İlon Maskın 2026-cı ildə Marsa uçuşlara başlamaq planlarını qiymətləndirib.

Zubrinin sözlərinə görə, bu cür uçuşlar 2030-cu ilədək mümkün olacaq, lakin bundan əvvəl Mask yük gəmisi olan “Starship” gəmilərini Marsa göndərə və bazanın avtomatlaşdırılmış tikintisinə başlaya biləcək.

“Bu vaxta qədər Marsa min nəfər göndərə bilərik, onlar daha çox insanın dolanışığını təmin edə bilmək üçün Marsda sənaye və kənd təsərrüfatı imkanları yaradacaqlar”,- deyə Zubrin fikrini bitirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO