Daxili İşlər Naziri zəlzələdə ölən əcnəbilərin sayını açıqladı - RƏSMİ

Daxili İşlər Naziri zəlzələdə ölən əcnəbilərin sayını açıqladı - RƏSMİ

Hazırda oxunan: Daxili İşlər Naziri zəlzələdə ölən əcnəbilərin sayını açıqladı - RƏSMİ

124941

Bu il fevralın 6-da Türkiyənin 10 vilayətini əhatə edən dəhşətli zəlzələdə dünyasını dəyişənlərin 6 min 265 nəfəri xarici ölkə vətəndaşıdır.

Bizim.Media xəbər verir ki, bu barədə açıqlamanı ölkənin daxili işlər naziri Süleyman Soylu verib.

Daxili İşlər Naziri Soylu ölənlərin sayını açıqlayıb:

“47 min 932 nəfərin öldüyü qeydə alınıb. Onlardan 6 min 265 nəfəri xarici ölkə vətəndaşıdır”. 

Nazir bildirib ki, indiyədək DNT və barmaq izləri vasitəsi ilə 1619 nəfərin şəxsiyyəti müəyyənləşdirilməyə çalışılır:

“Təbii fəlakətdə yaxınlarını tapa bilmədiyi üçün polis idarəmizə müraciətlərin ümumi sayı 264-dür”. 

Nazir bildirib ki, zəlzələ bölgəsində indiyədək 209 konteyner şəhərinin yaradılmasına başlanılıb ki, bunlardan 42-nin infrastrukturu artıq tamamlanıb.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO