Ermənistanda intihar edən hərbçi Seyran Ohanyanın qohumu İMİŞ - YENİLƏNİB

Ermənistanda intihar edən hərbçi Seyran Ohanyanın qohumu İMİŞ - YENİLƏNİB

Hazırda oxunan: Ermənistanda intihar edən hərbçi Seyran Ohanyanın qohumu İMİŞ - YENİLƏNİB

124554

Ermənistanda ötən gün meşədə asılmış vəziyyətdə tapılan əsgərin Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın qohumu olduğu məlum olub. 

Bizim.Media "Hraparak" a istinadən xəbər verir ki, müddətli hərbi xidmət keçən Andranik Ohanyanın Seyran Ohanyanın əmisi nəvəsi olduğu üzə çıxıb. 

Xatırladaq ki, hadisə Tavuş vilayətində hərbi hissədə baş verib.

Bizim.Media


*** 12:24
Ermənistan Müdafiə Nazirliyi N saylı hərbi hissəsinin hərbçisi Andranik Karoyeviç Ohanyanın meyiti aşkar edilib. 

Bizim.Media "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, meyit martın 8-də aşkarlanıb. Məlumat isə bu gün yayılıb. 

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO