Gürcüstan parlamenti “xarici agentlər” haqqında qanunu GERİ GÖTÜRDÜ

Gürcüstan parlamenti “xarici agentlər” haqqında qanunu GERİ GÖTÜRDÜ

Hazırda oxunan: Gürcüstan parlamenti “xarici agentlər” haqqında qanunu GERİ GÖTÜRDÜ

124526

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası və “Xalqın günü” hərəkatı martın 7-də parlamentdə 1-ci oxunuşda qəbul edilmiş “xarici agentlər” haqqında qanunu geri çəkib.

Bizim.Media xəbər verir ki, bu barədə “Gürcü Arzusu” partiyasının siyasi şurasının “Xalqın Gücü” ilə birgə bəyanatında bildirilib.

Bəyanatda qeyd edilib ki, “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsi ətrafında cərəyan edən siyasi proseslərlə əlaqədar tərəflər arasında məsləhətləşmələr aparılıb.

“Qəbul edilən qanun layihəsinin cəmiyyətdə fikir ayrılıqlarına səbəb olduğunu görürük. Yalan maşını qanun layihəsini mənfi tərəfdən təqdim edərək ictimaiyyətin müəyyən hissəsini çaşdıra bildi.

Qanun layihəsinə saxta “Rusiya qanunu” damğası vuruldu və onun birinci oxunuşda qəbul edilməsi ictimaiyyətin bir hissəsinin gözündə ölkənin Avropa kursundan uzaqlaşması kimi qəbul edildi. 

Bundan başqa, radikal qüvvələr gənclərin bir hissəsini qanunsuz fəaliyyətə cəlb edə bildilər. Zorakılığa təmkin və ən yüksək standartlarla reaksiya verən qəhrəman hüquq-mühafizə orqanlarının əməkdaşlarına təşəkkür edirik. Biz ölkəmizdə sülh, əmin-amanlıq və iqtisadi inkişafa, eləcə də Gürcüstanın Avropaya inteqrasiya yolunda irəliləməsinə diqqətli olmalıyıq.
Ona görə də həmvətənlərimizin enerjisini qarşıdurmaya deyil, ölkənin düzgün istiqamətdə inkişafına sərf etmək lazımdır. Bütün yuxarıda deyilənləri nəzərə alaraq dəstəklədiyimiz qanun layihəsini qeyd-şərtsiz geri götürmək qərarına gəlmişik”, - deyə bəyanatda bildirilib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO