“İsveçdə Quranın yandırılması halları bu ölkənin NATO-ya üzvlüyü yolunda maneəyə çevrilməməlidir”.
Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bunu çərşənbə günü “SVT” telekanalına müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq deyib.
MÖVZU İLƏ BAĞLI:
Quran kitabını yandıran isveçli fəal müsəlmanların əlindən zorla xilas olundu – ANBAAN VİDEO
“Bu məsələ Madriddə Türkiyə, İsveç və Finlandiya arasında əldə olunan razılaşmaya daxil edilməyib və bu, İsveçin NATO-ya üzv olmasına mane olmamalıdır”, - deyə NATO baş katibi əlavə edib.
Stoltenberq Quranın yandırılması ilə bağlı bir çox ölkələrdə məhdudlaşıdırcı qanunların olduğunu da diqqətə çatdırıb:
“Lakin siz bəyənmədiyiniz hər şeyi qadağan edə bilməzsiniz”, - Stoltenberq vurğulayıb.
Bizim.Media