“Bidzina İvanişviliyə deyirəm, siz tezliklə Rusiyaya qaçmalı olacaqsınız”- ULTİMATUM 

“Bidzina İvanişviliyə deyirəm, siz tezliklə Rusiyaya qaçmalı olacaqsınız”- ULTİMATUM 

Hazırda oxunan: “Bidzina İvanişviliyə deyirəm, siz tezliklə Rusiyaya qaçmalı olacaqsınız”- ULTİMATUM 

124368

Gürcü müxalifətinin liderlərindən olan Giorgi Vaşadze bildirib ki, etiraz aksiyaları davam edəcək.

Bizim.Media gürcü mətbuatına istinadən bildirir ki,  jurnalistlərə müsahibəsində Vaşadze bildirib ki, müxalifət xalqın yanında olacaq.

“Polisin həddindən artıq güc tətbiq etdiyini gördünüz. Artıq bununla bağlı beynəlxalq bəyanatlar var. Cavabı şübhəsiz ki, bunu edən bu zəif rejimdən istəniləcək. Öz gözlərinizlə görün, vətəndaşlarımızı necə vəhşicəsinə həbs etməyə başlayıblar. Mitinq tamamilə dinc şəraitdə keçirilirdi. Polis müdaxilə etdi. Aksiyaçılara qarşı su şırnaqları, gözyaşardıcı qaz və digər vasitələrdən istifadə olundu. Zura Caparidze hücuma məruz qalıb, döyülərək aparılıb.

Bütün bunlara cavab tələb edəcəyik. Amma ictimaiyyətə demək istəyirəm ki, hakimiyyət çox qorxaqdır.

Onlar təklənirlər. Ona görə də biz möhkəm dayanıb mübarizəni davam etdirməliyik. Sülhsevər, prinsipial olmalıyıq və meydanlardan çəkilməməliyik. Saat 15:00-da qadınların yürüşü nəzərdə tutulub, axşam yenə bura toplaşmalıyıq. Bütün dünya bizimlədir. Bidzina İvanişviliyə deyirəm, siz tezliklə Rusiyaya qaçmalı olacaqsınız və biz mütləq vətənimizi sizin hakimiyyətinizdən azad edəcəyik”, - deyə Vaşadze bildirib.

Bizİm.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO