ABŞ Dövlət Departamenti bu həftənin çərşənbə günü və Beynəlxalq Qadınlar Günü ilə eyni vaxtda müxtəlif ölkələrdən olan bir sıra qadınlara, o cümlədən "İranlı etirazçı qadın və qızlara" "Beynəlxalq Cəsarətli Qadınlar" mükafatını verəcəyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, ABŞ Dövlət Departamentinin bəyanatına əsasən, Madlen Olbrayt Fəxri Qrup Mükafatı kollektiv şəkildə "İranlı etirazçı qadın və qızlara" təqdim ediləcək.
“Əxlaq” polisi tərəfindən saxlanılan Məhsa (Jina) Əmininin ölümü "İranın bütün 31 əyalətində qadınların başçılıq etdiyi aylarla xalq etirazlarına" səbəb oldu”,-deyə, Dövlət Departamenti İranla bağlı bölmədə yazıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:31 / 07.03.2023
ABŞ-dan İranlı qadınlara cəsarət MÜKAFATI
Hazırda oxunan: ABŞ-dan İranlı qadınlara cəsarət MÜKAFATI
Hazırda oxunan: ABŞ-dan İranlı qadınlara cəsarət MÜKAFATI
124194
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.