BMT-nin Beşinci Konfransında Azərbaycan tərəfindən sərgi TƏŞKİL OLUNDU - FOTO 

BMT-nin Beşinci Konfransında Azərbaycan tərəfindən sərgi TƏŞKİL OLUNDU - FOTO 

Hazırda oxunan: BMT-nin Beşinci Konfransında Azərbaycan tərəfindən sərgi TƏŞKİL OLUNDU - FOTO 

124123

5-9 mart 2023-cü il tarixlərində Qətərin paytaxtı Doha şəhərində Az inkişaf etmiş ölkələr üzrə BMT-nin Beşinci Konfransı (LDC5) çərçivəsində Azərbaycan tərəfindən sözügedən ölkələrdə yoxsulluqla mübarizə, səhiyyə, təhsil və ətraf mühit kimi dayanıqlı inkişaf istiqamətlərində görülən işlərin və yardımların nümayişi məqsədilə sərgi təşkil olunub. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. 

İştirakçıların geniş marağına səbəb olan sözügedən sərgidə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) tərəfindən ölkəmizin xüsusilə LDC ölkələrinə beynəlxalq yardımını əks etdirən video və çap materialları təqdim edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO