İranın Əhvaz şəhərindəki İnqilab Məhkəməsi 6 nəfəri ölüm cəzasına məhkum edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Tasnim News“ agentliyi bildirib.
Agentliyin verdiyi məlumata əsasən, həmin şəxslər “Bəsic” qüvvələrinin iki üzvünü, həmçinin bir polis və bir hərbçini öldürməkdə təqsirli biliniblər.
Barəsində ölüm hökmü çıxarılmış 6 nəfər “Əhvazın Azadlığı Uğrunda Ərəb Hərəkatının” üzvləridir.
Həmçinin əlavə olunub ki, təşkilat 1999-cu ildən İranın Xuzistan əyalətində fəaliyyət göstərir.
İranda həyata keçirilmiş bir sıra partlayışlardan, həm hərbi, həm də mülki hədəflərin atəşə tutulmasından sonra “Əhvazın Azadlığı Uğrunda Ərəb Hərəkatı” terror təşkilatı kimi tanınıb. Onların məqsədi Xuzistan əyalətini İrandan ayrılaraq orada ərəb dövləti yaratmaqdır.
Hərəkatın baş qərargahı Danimarka və Niderlanddadır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:22 / 06.03.2023
İranda daha 6 nəfərə ölüm cəzası verildi
Hazırda oxunan: İranda daha 6 nəfərə ölüm cəzası verildi
Hazırda oxunan: İranda daha 6 nəfərə ölüm cəzası verildi
124020
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.